Birxeber.az / Rusiya Azərbaycan və Türkiyədən 13 milyon ədəddən çox yumurta idxal edib

Rusiya Azərbaycan və Türkiyədən 13 milyon ədəddən çox yumurta idxal edib

5-02-2024, 16:40

Bu günə qədər Azərbaycan və Türkiyə Rusiyaya 13,3 milyon ədəd yumurta ixrac edib.

“Birxeber.Az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Məlumata görə, bunun 2,1 milyon ədədi fevral ayının payına düşüb.

“Fevralın 1-4-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə 1,5 milyon ədəd, Türkiyədən isə 633,6 min ədəd yumurtanın növbəti partiyası daxil olub”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Rusiyada yumurtanın qiymətinin kəskin artması fonunda bu ölkə bu ildən yumurtanın idxal rüsumunu ləğv edib. Bununla da, 1,2 milyard yumurtanın idxal ediləcəyi planlaşdırılır.

Geri qayıt