Birxeber.az / Filippində daşqınlar nəticəsində 17 nəfər ölüb

Filippində daşqınlar nəticəsində 17 nəfər ölüb

5-02-2024, 16:40

Filippinin Mindanao adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 17 nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “ABS-CBN News” məlumat yayıb.

Qeyd edilib ki, təbii fəlakət nəticəsində 4 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Daşqınlar səbəbindən 400 minə yaxın yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 82 minə yaxın insan təxliyə mərkəzlərinə yerləşdirilib.

Geri qayıt