Birxeber.az / ŞƏT-in müşahidəçilər missiyası Bakıya gəlib

ŞƏT-in müşahidəçilər missiyası Bakıya gəlib

5-02-2024, 15:50

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gəlib.

APA xəbər verir ki, müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edir.

Qeyd edək ki, ŞƏT-ə dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.

Geri qayıt