Birxeber.az / Almaniyada fermerlər televiziya və radio yayımları şirkətinin girişini bağlayıblar

Almaniyada fermerlər televiziya və radio yayımları şirkətinin girişini bağlayıblar

5-02-2024, 15:40

Almaniyalı fermerlər subsidiyaların götürülməsinə etiraz olaraq Hannoverdə NDR televiziya və radio yayımları şirkətinin girişlərini və dayanacaqlarını bağlayıblar.

"Birxeber.Az" xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

“30-dan çox traktor və 20 digər nəqliyyat vasitəsi televiziya və radio şirkətinin girişlərini, eləcə də dayanacaqlarını bağlayıb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, təşkilatçılar fermerlərin nümayişlərinin kifayət qədər işıqlandırılmamasını tənqid edir və fermerlər üçün yanacaq subsidiyalarının azaldılmasını ehtiva edən dövlət büdcəsi maddəsinin ləğvini tələb edirlər.

Geri qayıt