Birxeber.az / Yaponiyada AES-də buxar sızması baş verib

Yaponiyada AES-də buxar sızması baş verib

22-01-2024, 07:40

Yaponiyanın Fukui prefekturasında yerləşən “Takahama” Atom Elektrik Stansiyasının turbin hissəsinin boru kəmərlərindən birində buxar sızması baş verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Kansai Electric Power” enerji şirkəti məlumat yayıb.

Hadisə sonucunda stansiyada və onun ətrafında radiasiya səviyyəsində artım olmadığı vurğulanıb. O da qeyd edilib ki, sızıntı stansiyanın fəaliyyətinə birbaşa təsir göstərməyib. Hazırda enerji şirkətinin mütəxəssisləri hadisənin baş vermə səbəblərini araşdırır.

Şirkətdən verilən açıqlamaya əsasən, sızmanın müəyyən edilməsi və aradan qaldırılması üzrə texniki işlərin aparıldığı müddətdə stansiyanın istehsal etdiyi elektrik enerjisinin həcmi 40 % azalacaq.

Qeyd edək ki, Fukusima-1 AES-də baş vermiş qəzadan öncə nüvə enerjisi Yaponiyanın enerji balansının təxminən 30 %-ni təşkil edirdi. Bundan müvəqqəti olaraq məcburi imtina nəticəsində ölkənin enerji təchizatının əsas yükü istilik stansiyalarının üzərinə düşüb. Elektrik enerjisi bazarında tələb və təklif balansı ilə bağlı yaranmış gərgin vəziyyətlə əlaqədar Yaponiya rəhbərliyi Fukusima-1 qəzasından sonra fəaliyyətini dayandırmış reaktorların yenidən işə salınmasına böyük diqqət yetirir. Hazırda ölkənin 17 atom elektrik stansiyasından 12-si Yaponiyada qismən işləyir.

Geri qayıt