Birxeber.az / Füzuli sakini: 30 il aradan sonra yurdumuza qayıtmağın sevincini yaşayırıq

Füzuli sakini: 30 il aradan sonra yurdumuza qayıtmağın sevincini yaşayırıq

22-01-2024, 07:40

“Çox sevincliyik ki, 30 il sonra doğma yurdumuza, obamıza qayıdırıq. Rayonumuzu tərk edərkən uşaq idim, səkkizinci sinifdə oxuyurdum”.

“Birxeber.Az” xəbər verir ki, bunu Füzuli sakini Feyziyev Elnur söyləyib.

“Bu gün isə 46 yaşımda məmləkətimizə dönürük. Allah şəhidlərimizə rəhmət etsin, valideynlərinə səbir versin. Qazilərimizə cansağlığı diləyirəm. Prezident İlham Əliyevə bu xoşbəxt günü bizə yaşatdığına görə minnətdarlığımızı bildiririk. Bundan sonra xoş günlərimizi el-obamızda keçirəcəyik, inşallah”, - o qeyd edib.

Xatırladaq ki, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınacaq.

Geri qayıt