Birxeber.az / Pensiya kapitalları 8,8 faiz indeksləşdirilərək artırılır

Pensiya kapitalları 8,8 faiz indeksləşdirilərək artırılır

5-02-2024, 13:50

Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır.

Bu barədə Birxeber.Az-ya Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən xəbər verilib.

Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54400 manata çatdırılacaq.

Geri qayıt