Birxeber.az / Babək rayon sakini dəm qazından boğularaq ölüb

Babək rayon sakini dəm qazından boğularaq ölüb

5-02-2024, 13:40

Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini dəm qazı sızması nəticəsində ölüb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Naxişnərgiz kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Zamanova Məleykə Mahmud qızının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt