Birxeber.az / Yaponiya Rusiya – Şimali Koreya münasibətlərinin inkişafını diqqətlə izləyir

Yaponiya Rusiya – Şimali Koreya münasibətlərinin inkişafını diqqətlə izləyir

22-01-2024, 07:40

Yaponiya KXDR ilə bağlı hər şeyi, o cümlədən Rusiya ilə münasibətlərinin inkişafını diqqətlə izləyir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosimasa Hayasi müntəzəm mətbuat konfransında bildirib.

Bununla belə, o, keçən həftə Rusiya Prezidenti Vladimir Putini səfər üçün qəbul etməyə hazır olduğunu bəyan etmiş KXDR Xarici İşlər Nazirliyinin açıqlamasını birbaşa şərh etməyib.

“İnanıram ki, Yaponiya hökuməti qeyd etdiyiniz açıqlamanı şərh etmək iqtidarında deyil. Lakin Şimali Koreya ilə bağlı hər şeyi, o cümlədən sizin qeyd etdiyiniz məqamı və Rusiya – Şimali Koreya münasibətlərinin inkişafını böyük diqqətlə izləyirik”, - o, jurnalistlərin KXDR XİN-in açıqlaması ilə bağlı sualını cavablandırarkən deyib.

Siyasətçi vurğulayıb ki, Yaponiya bu məsələlərlə bağlı “məlumat toplayıb təhlil edir”.

Geri qayıt