Birxeber.az / Qubada ağır yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB

Qubada ağır yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB

5-02-2024, 13:40

Qubada ağır yol qəzasında xəsarət alanlardan biri ölüb.

“Birxeber.Az”un Şimal bürosunun məlumatına görə, bu gün səhər saatlarında Qusar-Quba yolunun 4-cü kilometrliyində baş verən avtomobil qəzasında xəsarət alan 5 nəfərdən biri, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu xəstəxanada ölüb.

Qəzada yaralanan digər 4 nəfərin isə müalicələri xəstəxanada davam etdirilir.

10:45

Quba rayonunun Xucbala kəndi ərazisində "VAZ-2109" və “Opel” markalı minik avtomobilləri toqquşub.

“Birxeber.Az”un Şimal bürosunun məlumatına görə, nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bunlar 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-ci il təvəllüdlü Süleymanov Qahir Asəf oğludur.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt