Birxeber.az / Türkiyədə illik inflyasiya 65%-ə yaxınlaşıb

Türkiyədə illik inflyasiya 65%-ə yaxınlaşıb

5-02-2024, 12:50

Türkiyədə illik inflyasiya yenidən artıb.

"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin yanvar ayında inflyasiya 64.86% təşkil edib. Ötən ilin dekabr ayında bu rəqəm 64.77% idi. Yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 6.7% artıb.

Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 40.62% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 92.27% ilə restoran və otel qiymətləri olub.

Geri qayıt