Birxeber.az / Çinli hakerlər Yaponiya XİN-nin diplomatik poçtunu ələ keçiriblər

Çinli hakerlər Yaponiya XİN-nin diplomatik poçtunu ələ keçiriblər

5-02-2024, 12:50

Çindən olan hakerlər Yaponiya Xarici İşlər Nazirliyinin diplomatik poçt xidmətinə hücüm edərək sisteminə daxil olublar .

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yapon mediası yazıb. Bildirilib ki, çinlilərin haker hücumu 2020-ci ildə baş verib. Nəticədə əhəmiyyətli məlumat sızması olub.

Yaponiya Xarici İşlər Nazirliyi məlum məsələyə şərh verməkdən imtina edib və haker hücumunu təsdiqləməyib.

Çin Xarici İşlər Nazirliyi Yaponiya XİN-nin dilomatik poçt xidmətinin sındırılması barədə məlumatının olmadığını bildirib.

Geri qayıt