Birxeber.az / Rusiyada prezidentliyə namizəd Boris Nadejdinin imzalarında 15% qüsur aşkar edilib

Rusiyada prezidentliyə namizəd Boris Nadejdinin imzalarında 15% qüsur aşkar edilib

5-02-2024, 12:50

Rusiyada prezidentliyə namizəd Boris Nadejdinin toplanmış imzalarında Mərkəzi Seçki Komissiyası 15% qüsur aşkar edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə onun qərargahının nümayəndələri bildiriblər.

Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının iclası başa çatıb, Nadejdinin qeydiyyata alınması üçün tələb oluna sənədlər götürülüb. Məlum olub ku, imzaların 15,348%-nin qüsurludur.

Səsvermə bülleteninə namizədin daxil olması üçün yoxlanılan 60 min imzadan qüsurların həcmi 10%-dən çox olmamalıdır.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək. Artıq Rusiya MSK dövlət başçısı vəzifəsinə hazırki prezidenti Vladimir Putinin, liberal demokrat partiyasının namizədi Leonid Slutskinin, komunistlərin namizədi Nikolay Xaritonovun, "Yeni insanlar" partiyasının namizədi Vladislav Davankovun namizədliyini təsdiqləyib. Fevralın 10-a kimi MSK seçki bülletenində qeyd olunacaq prezidentliyə namizədlərin son siyahısını təsdiq etməlidir.

Geri qayıt