Birxeber.az / Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı barədə DTX-də istintaq aparılır

Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı barədə DTX-də istintaq aparılır

5-02-2024, 12:40

Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb.

"Report"un əldə etdiyi məlumata əsasən, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub.

Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məlumat verilib.

Geri qayıt