Birxeber.az / Çilidə meşə yanğınlarında ölənlərin sayı 112-yə çatıb

Çilidə meşə yanğınlarında ölənlərin sayı 112-yə çatıb

5-02-2024, 11:50

Çilidə meşə yanğınları nəticəsində həlak olanların sayı 112 nəfərə çatıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, rəsmilər yüzlərlə insanın hələ də itkin olduğunu, ölənlərin sayının artacağını bildirirlər. Cümə günü güclənən yanğınların turist zonası olan iki sahil şəhəri - Vina del Mar və Valparaisoya yaxınlaşdığı bildirilir. Paytaxt Santiaqonun qərbindəki bu iki şəhərdə bir milyondan çox sakinin yaşayır.

Yanğınlarla əlaqədar ən çox zərər çəkən bölgələrdə 21:00 komendant saatı elan edilib, həmçinin yanğınsöndürənlərə yardım etməsi üçün ordu hissələri göndərilib.

Çilinin daxili işlər nazirinin müavini Manuel Monsalve bütün ölkə ərazisində 165 yanğın ocağının olduğunu, təkcə Vina del Mar və Quilpuedə təxminən 14 000 evin zədələndiyini bildirib.

Meşə yanğınlarının 2010-cu ildə 500 nəfərin həlak olması ilə nəticələnən zəlzələdən sonra ən böyük fəlakət olduğu bildirilir.

Geri qayıt