Birxeber.az / Qubada ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb - ADLAR

Qubada ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb - ADLAR

5-02-2024, 11:40

Quba rayonunun Xucbala kəndi ərazisində "VAZ-2109" və “Opel” markalı minik avtomobilləri toqquşub.

“Report”un Şimal bürosunun məlumatına görə, nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bunlar 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-ci il təvəllüdlü Süleymanov Qahir Asəf oğludur.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt