Birxeber.az / İtaliya mafiyası millinin sabiq futbolçusunun ailəsini hədələyir

İtaliya mafiyası millinin sabiq futbolçusunun ailəsini hədələyir

5-02-2024, 11:40

Kalabriya mafiyası İtaliya millisinin sabiq futbolçusu Cennaro Qattuzonun ailəsindən pul tələb edir.

"Birxeber.Az" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, hazırda Fransada "Marsel"in baş məşqçisi olan mütəxəssisin atası sahib olduğu torpaq sahəsinə fotovoltaik panellər quraşdırmağı planlaşdırıb.

O, bu layihə üçün 80 min avro maliyyə alıb.

Mafiyanın Qattuzonun ailəsindən pul tələb etdiyi və onun qızının avtomobilini iki dəfə yandırdığı bildirilib. Bununla da onların yığmanın keçmiş üzvünə təzyiq göstərmək istədiyi vurğulanıb. Daha sonra 46 yaşlı baş məşqçinin atası polisə müraciət edib və məsələ ilə bağlı araşdırma başlayıb. Hazırda iki nəfərin saxlanıldığı deyilir.

Qeyd edək ki, Cennaro Qattuzo 2023-cü ilin sentyabrından "Marsel"də işləyir.

Geri qayıt