Birxeber.az / ECOWAS üç ölkənin çıxması səbəbindən hər il təxminən 70 milyon avro itirəcək

ECOWAS üç ölkənin çıxması səbəbindən hər il təxminən 70 milyon avro itirəcək

5-02-2024, 11:40

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Burkina Faso, Mali və Nigerin təşkilatdan çıxışı səbəbindən hər il 68,6 milyon avrodan çox gəlir itirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Burkina Fasonun iqtisadiyyat və maliyyə naziri Abubakar Nakanabo bildirib.

“ECOWAS da zərər çəkəcək, çünki 15 ölkədən 12 ölkəyə qədər azalma gəlir itkisinə səbəb olacaq”, - qeyd edilib.

Nazirin sözlərinə görə, Burkina Fasonun təşkilatdan çıxmasının ölkə iqtisadiyyatı üçün nəticələri əhəmiyyətli olmayacaq.

Qeyd edək ki, yanvarın 28-də Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəlib.

ECOWAS-ın məqsədi tamhüquqlu iqtisadi və ticarət ittifaqının qurulması yolu ilə üzv dövlətlər üçün kollektiv özünütəminata nail olmaqdır.

Geri qayıt