Birxeber.az / Avropa Komissiyası Asiyada münaqişələrin qarşısını almaq üçün maliyyə ayıracaq

Avropa Komissiyası Asiyada münaqişələrin qarşısını almaq üçün maliyyə ayıracaq

5-02-2024, 11:40

Avropa Komissiyası (AK) Cənubi Asiya və Myanmada münaqişələrin qarşısının alınması və böhrana hazırlıq səylərini stimullaşdırmaq üçün vətəndaş cəmiyyətinə qrant ayıracaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, gənclərin layihədə iştiraka cəlb edilməsi planlaşdırılır.

Qrant iki hissəyə bölünüb - 1,3 milyon avro Şri-Lanka və Maldiv adalarında, 2,6 milyon avro isə Banqladeş, Myanma və Nepaldakı təşəbbüslər üçün nəzərdə tutulub. Yeni layihə gənc fəallar vasitəsilə bu ölkələrdə münaqişələrin həlli istiqamətində səyləri stimullaşdırmaq məqsədi daşıyır.

Geri qayıt