Avropa Komissiyası (AK) Cənubi Asiya və Myanmada münaqişələrin qarşısının alınması və böhrana hazırlıq səylərini stimullaşdırmaq üçün vətəndaş cəmiyyətinə qrant ayıracaq.
“Birxeber.Az” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, gənclərin layihədə iştiraka cəlb edilməsi planlaşdırılır.
Qrant iki hissəyə bölünüb - 1,3 milyon avro Şri-Lanka və Maldiv adalarında, 2,6 milyon avro isə Banqladeş, Myanma və Nepaldakı təşəbbüslər üçün nəzərdə tutulub. Yeni layihə gənc fəallar vasitəsilə bu ölkələrdə münaqişələrin həlli istiqamətində səyləri stimullaşdırmaq məqsədi daşıyır.