Birxeber.az / Zelenski: Silah tədarükü gecikir, müharibə dalana dirənib

Zelenski: Silah tədarükü gecikir, müharibə dalana dirənib

5-02-2024, 10:50

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin dalana dirəndiyini deyib.

APA xəbər verir ki, Ukraynanın dövlət başçısı İtaliya telekanalına müsahibəsində buna səbəbin silah tədarükünün gecikməsi olduğunu vurğulayıb.

“Müharibəyə gəlincə, durğunluq var, bu faktdır, çünki texnika tədarükündə gecikmələr olub və gecikmələr səhvlər deməkdir… Biz dünyanın ən böyük ordularından birinə sahib olan terrorçularla vuruşuruq. Sursat kifayət etmir – bizim müasir texnikaya ehtiyacımız var”, - Zelenski deyib.

Bununla belə, Prezident Ukraynanın dəniz əməliyyatının müsbət nəticələr əldə etdiyini əlavə edib: “Rusiya çox sayda gəmi itirib və biz Qara dənizdə taxıl dəhlizi yaratmağa nail olmuşuq, beləliklə bu, iqtisadiyyata müsbət təsirləri olan əməliyyatın praqmatik hissəsidir”.

Zelenski Rusiya ordusunun irimiqyaslı hücum edə bilmədiyini və artıq dayandırıldığını vurğulayıb.

“İki il ərzində vacib məqam budur ki, biz öz dövlətimizi müdafiə edə bilmişik. Ölkəmizin təxminən 26 faizi hələ də işğal altındadır, lakin biz görürük ki, Rusiya ordusu nəzərəçarpan irəliləyiş əldə edə bilmir. Biz onları dayandırmışıq”, - Zelenski deyib.

Geri qayıt