Birxeber.az / Trüdo ölkəsində avtomobil oğurluqlarının sayındakı artıma görə iclas keçirəcək

Trüdo ölkəsində avtomobil oğurluqlarının sayındakı artıma görə iclas keçirəcək

22-01-2024, 05:40

Kanadanın Baş naziri Castin Trüdonun hökuməti ölkədə avtomobil oğurluğunun kəskin artması fonunda cavab tədbirlərini əlaqələndirmək üçün növbəti ay iclas keçirəcək.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Kanadanın Maliyyə və Lizinq Assosiasiyasının statistikasına görə, Kanadanın ən iri şəhəri Torontoya cinayətkarlıqların ən böyük payı düşüb. Belə ki, 2022-ci ildə Toronto regionunda 9 600 avtomobil oğurlanıb ki, bu da 2015-ci illə müqayisədə 300 % çoxdur.

Bundan başqa, polis statistikasına əsaəsn, eyni dönəm ərzində 2021-ci illə müqayisədə sözügedən oğurluqların sayında ikiqat artım müşahidə olunub.

Geri qayıt