Birxeber.az / La Liqa: “Real” son dəqiqələrdə “Atletiko” üzərində qələbəni əldən verib

La Liqa: “Real” son dəqiqələrdə “Atletiko” üzərində qələbəni əldən verib

5-02-2024, 09:40

İspaniya La Liqasının XXIII turunda Madridin "Real" və "Atletiko" komandaları arasında qarşılaşma başa çatıb.

“Report” xəbər verir ki, komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar.

Matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb və 1:1 hesabı ilə başa çatıb.

20-ci dəqiqədə Brahim Dias "Real"ı hesabda önə çıxarıb. 90+3-cü dəqiqədə isə Markos Llorente bərabərliyi təmin edib.

Hazırda "Real" 58 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Atletiko" 48 xalla dördüncüdür.

Geri qayıt