Birxeber.az / Girovların qohumları Netanyahunun evinin qarşısında çadırlar qurub

Girovların qohumları Netanyahunun evinin qarşısında çadırlar qurub

22-01-2024, 04:50

Qəzza zolağında saxlanılan israilli girovların qohumları bazar günü axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahunun Qüdsdəki evinin qarşısında çadırlar qurub, Fələstinin radikal HƏMAS hərəkatı ilə məhbusların azad edilməsi ilə bağlı dərhal razılığa gəlməyi tələb ediblər.

Birxeber.Az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat verib.

Etirazçılar “baş nazir girovların qaytarılması ilə bağlı razılığa gələnə qədər” çadırlarında qalmaq niyyətindədirlər.

Geri qayıt