Birxeber.az / Qubada qəza olub, piyada ölüb

Qubada qəza olub, piyada ölüb

5-02-2024, 09:40

Quba rayonu Xarovşa kəndində avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un məlumatına görə, 1952-ci il təvəllüdlü Quba rayonu, Xarovşa kənd sakini Məmmədov Ağarza Əsgər oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 2106" markalı avtomobili ilə yol infrastrukturuna aid olmayan örüş sahəsindəki torpaq örtüklü yolda hərəkətdə olarkən piyada Həsənova Zahidə Hacı qızını vurub. Nəticədə piyada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Geri qayıt