Birxeber.az / Bakıda dava olub, bıçaqlananlar var

Bakıda dava olub, bıçaqlananlar var

5-02-2024, 08:50

Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Birxeber.Az xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsində olub. Bir qrup şəxslə mübahisə edən 1987-ci il təvəllüdlü Ələkbərov Murad Mehdi oğlu və 1975-ci il təvəllüdlü Xəlilov Vüqar Məsim oğlu bıçaq xəsarətləri alıblar. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

Geri qayıt