Birxeber.az / ABŞ Yəməndə husilərin qanadlı raketlərinə zərbələr endirib

ABŞ Yəməndə husilərin qanadlı raketlərinə zərbələr endirib

5-02-2024, 08:40

ABŞ ordusu Yəmənə növbəti zərbələr endirib və “Ənsar Allah” hərəkatının husi üsyançılarının qanadlı raketlərini hədəfə alıb.

"Birxeber.Az"un məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"Fevralın 4-də Səna (Yəmənin paytaxtı-red) vaxtı ilə təxminən saat 05:30-da Mərkəzi Komandanlığın qüvvələri özünümüdafiə məqsədilə husilərə məxsus qanadlı raketi vurdu. Səna vaxtı ilə saat 10:30-dan etibarən Mərkəzi Komandanlıq qüvvələri Qırmızı dənizdəki gəmilərə hücuma hazır olan dörd gəmi əleyhinə qanadlı raketə hücum etdi”, - komandanlığın “X”-dəki paylaşımında qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının hədəflərinə növbəti silsilə hücumlar həyata keçirib.

Geri qayıt