Birxeber.az / Türkiyə XİN: Ankara Ukrayna taxılının ixracı üçün yeni mexanizm hazırlayır

Türkiyə XİN: Ankara Ukrayna taxılının ixracı üçün yeni mexanizm hazırlayır

5-02-2024, 07:50

Türkiyə hökuməti Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yeni mexanizm hazırlayır. Yeni sxemi Rusiya ilə müzakirə ediləcək.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə gözlənilən səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının yeni mexanizmini müzakirə edəcək.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, bəzi gəmilər hətta müqavilə bağlamadan da Ukrayna taxılını Qara dənizdən çıxara biliblər.

“Biz bu vəziyyəti yeni mexanizm vasitəsilə de-fakto aydınlaşdırmaq istəyirik”, o, əlavə edib.

Geri qayıt