Birxeber.az / Bakıda 4 avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda 4 avtomobil toqquşub, xəsarət alan var - FOTO

5-02-2024, 04:50

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Birxeber.Az xəbər verir ki, qəza Badamdar qəsəbəsində qeydə alnıb.

BMW markalı maşının sürücüsü hərəkətdə ikən qarşı tərəfdən gələn digər eyni markalı maşına çırpılıb. Zərbənin gücündən “BMW” yoldan çıxaraq kənarda dayanan 2 “Toyota” markalı maşına dəyib. Daha sonra “BMW” beton plitəyə çırpılaraq dayanıb. Qəza zamanı bir neçə avtomobilə dəyən BMW-nin sürücüsü xəsarət alıb.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Avtotexniki ekspertiza təyin edilib.

Geri qayıt