Birxeber.az / Estoniya “Teleqram”a nəzarəti gücləndirmək üçün Avropa Komissiyasına müraciət edib

Estoniya “Teleqram”a nəzarəti gücləndirmək üçün Avropa Komissiyasına müraciət edib

5-02-2024, 03:50

Estoniya Avropa Komissiyasına “Teleqram” messencerinin tənzimlənməsini gücləndirmək üçün təkliflər göndərib. Buna səbəb platformadan ekstremistlər və dezinformasiya yayanlar tərəfindən istifadə edilməsi iddiasıdır.

APA xəbər verir ki, bu barədə “Die Presse” qəzetinə Estoniyanın Baş naziri Kaja Kallas bildirib.

"Biz “Teleqram” platforması ilə bağlı narahatlığımızı Avropa Komissiyasına göndərmişik. Platforma vasitəsilə çoxlu dezinformasiyalar yayılır və bəzi “Teleqram” kanalları ekstremist qruplar üçün münbit zəmindir. Bu təhlükənin qarşısını almaq üçün biz tənzimləməni gücləndirməliyik. Eyni zamanda, əhali arasında media savadlılığını artırmaq lazımdır," – deyə Estoniya hökumətinin başçısı əlavə edib.

Geri qayıt