Birxeber.az / Zelenski Zalujnının işdən azad edilməsi barədə danışıb

Zelenski Zalujnının işdən azad edilməsi barədə danışıb

5-02-2024, 02:50

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı əvəzləmək barədə düşündüyünü bildirib.

Birxeber.Az-nın məlumatına görə, o, bunu İtaliyanın “Rai1” telekanalının efirində deyib.

“Bu, Ukraynaya rəhbərlik edənləri narahat edən sualdır. Təbii ki, yeni başlanğıc lazımdır”, - deyə Ukrayna lideri bildirib.

O, təkcə hərbi sahədə deyil, dövlətin bəzi rəhbər şəxslərinin əvəzlənməsini nəzərdə tutduğunu qeyd edib.

"Mən bu əvəzetmə haqqında düşünürəm, bu doğrudur" - deyə Zelenski davam edib.

Geri qayıt