Birxeber.az / Türkiyənin XİN başçısı Misirə PUA çatdırılacağını bildirib

Türkiyənin XİN başçısı Misirə PUA çatdırılacağını bildirib

5-02-2024, 01:50

Türkiyə ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Misirə pilotsuz uçuş aparatları verəcək.

Birxeber.Az-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “A-haber” telekanalına müsahibəsində deyib.

“Bizim ikitərəfli əlaqələrimiz regional təhlükəsizlik baxımından vacib, ticarət baxımından son dərəcə vacibdir. Münasibətlərin normallaşdırılması Misirin müəyyən dəstək və texnologiya ala bilməsi üçün vacibdir. Türkiyənin pilotsuz təyyarələr və digər texnologiyaları təmin etməsi ilə bağlı razılaşmamız var. Afrikadakı əməkdaşlığımız, xüsusilə Liviyada vacibdir" – nazir qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın ortalarında Misirə səfəri gözlənilir. Bu, 2013-cü ilin iyulunda Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra Türkiyə liderinin ölkəyə ilk səfəri olacaq.

Geri qayıt