Birxeber.az / Almaniyada minlərlə insan ifrat sağçılara qarşı mitinqə çıxıb

Almaniyada minlərlə insan ifrat sağçılara qarşı mitinqə çıxıb

5-02-2024, 01:40

Bazar günü Almaniyanın Bremen şəhərində 16 mindən çox insan ifrat sağçı və “Almaniya üçün alternativ” Partiyasına qarşı etiraz aksiyasına çıxıb.

"Report"un məlumatına görə, bu barədə "Tagesschau" nəşri məlumat yayıb.

"Minlərlə insan sağçı ekstremizmə etiraz etmək üçün yenidən ölkə boyu küçələrə çıxıb. Polisin məlumatına görə, Bremendə 16 500 nəfər nümayiş keçirib", - məlumatda deyilir.

Qeyd edilir ki, 1 000-dən çox insanın iştirak etdiyi mitinqlər Almaniyanın bir sıra Lübek, Vezel, Qrevenbrox və başqa şəhərlərində keçirilib.

Geri qayıt