Birxeber.az / Namibiyanın yeni Prezidenti and içib

Namibiyanın yeni Prezidenti and içib

4-02-2024, 21:40

Namibiya rəhbərinin səlahiyyətlərini icra edən, əvvəllər vitse-prezident vəzifəsində çalışmış Nanqolo Mbumba Prezident andı içib.

“Report” xəbər verir ki, bu barədə “Namibian Sun” qəzeti “X” sosial şəbəkəsində məlumat yayıb.

“Vitse-prezident Nanqolo Mbumba respublikanın Prezidenti kimi and içib”, - nəşr yazıb.

Bundan əlavə, Namibiyanın yeni rəhbəri beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Netumbo Nandi-Ndaytvanı vitse-prezident təyin edib.

Qeyd edək ki, Namibiyanın Prezidenti Haqe Qotfrid Qeynqob bu gün 82 yaşında vəfat edib. Yanvarda Prezident ofisi Qeynqoba xərçəng xəstəliyi diaqnozu qoyulduğunu açıqlamışdı.

Geri qayıt