Birxeber.az / "Böyük Dəbilqə": Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb

"Böyük Dəbilqə": Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb

4-02-2024, 20:40

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb.

"Birxeber.Az"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyə təmsilçisi Mixael Zqanka uduzub.

Sonuncu yarış günündə mübarizəyə qoşulmuş Vüqar Talıbov (90 kq) və Uşangi Komauri (+100 kq) mükafat əldə edə bilməyib.

Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medala sahib çıxıb.

Geri qayıt