Birxeber.az / Şəmkirdə odlu silahla vətəndaşa xəsarət yetirən qardaşlar saxlanılıblar

Şəmkirdə odlu silahla vətəndaşa xəsarət yetirən qardaşlar saxlanılıblar

4-02-2024, 20:40

Fevralın 2-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zabil Aslonova odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəxslər elə həmin gün saxlanılıblar.

DİN-in mətbuat xidmətinin regional qrupundan “Report”a bildirilib ki, saxlanılan Bahəddin və Babək Bayramlı qardaşlarından Bahəddin Bayramlıya məxsus avtomobildən cinayət aləti olan 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müfaviq maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.

Geri qayıt