Birxeber.az / Florida qubernatoru ABŞ prezidentliyi yarışından geri çəkilib

Florida qubernatoru ABŞ prezidentliyi yarışından geri çəkilib

22-01-2024, 03:50

Florida ştatının qubernatoru, respublikaçı Ron Desantis bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.

APA xəbər verir ki, siyasətçi bu barədə özünün “X” hesabında yayımladığı videomüraciətində bildirib.

“İstədiyim nəticəyə nail olmaq üçün edə biləcəyim bir şey olsaydı, mən bunu edərdim. Qələbəyə aparan aydın yol yoxdur. Bu gün mən seçki kampaniyamı dayandırdığımı elan edirəm”, - deyə o qeyd edib.

Desantis, həmçinin bu vəzifəyə yenidən seçilmək üçün keçmiş ABŞ lideri Donald Trampa dəstəyini ifadə edib. “Donald Trampla fikir ayrılıqlarımız olub. Tramp hazırkı prezident Co Baydendən üstündür, bu, göz qabağındadır. Mən ona dəstəyimi bildirirəm", - siyasətçi deyib.

Geri qayıt