Birxeber.az / Netanyahu: "Qəzzada HƏMAS-ın 24 batalyonundan 17-si zərərsizləşdirilib"

Netanyahu: "Qəzzada HƏMAS-ın 24 batalyonundan 17-si zərərsizləşdirilib"

4-02-2024, 19:40

İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib ki, ölkənin ordusu oktyabrın 7-də münaqişə başlayan zaman anklavda mövcud olan HƏMAS-ın 24 batalyonundan 17-ni Qəzza zolağında məhv edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Mən siyasətimizə aydınlıq gətirmək istəyirəm: zəruri məqsəd, bu, ilk növbədə, HƏMAS-ın məhv edilməsidir. Məqsədə çatmaq üçün, ilk növbədə, HƏMAS batalyonlarının sayını azaltmaq lazımdır. Bu günə qədər HƏMAS batalyonlarının 24-dən 17-ni məhv etmişik”, - Baş nazir Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, HƏMAS-ın qalan batalyonlarının əksəriyyəti Qəzza zolağının cənubunda və Rəfahdadır və İsrail ordusu onlara yetişəcək.

“HƏMAS batalyonları zərərsizləşdirildikdən sonra ordumuzun qətiyyətlə Qəzza zolağının şimalında və mərkəzi hissəsində intensiv reydlər həyata keçirən təmizləmə əməliyyatlarına ehtiyac var”, - Baş nazir əlavə edib. "HƏMAS-ın tunel sistemini zərərsizləşdirmək lazımdır. Hərbçilər Qəzza zolağının cənubundakı Xan Yunis tunellərini sistematik şəkildə məhv edir və bunu Qəzza zolağının hər yerində edir, lakin bu, daha çox vaxt aparır”, - Netanyahu bildirib.

“Biz bütün məqsədlərə – HƏMAS-ın ləğvinə, bütün girovların geri qaytarılmasına və Qəzzanın İsrail üçün artıq təhlükə yaratmayacağı bir vəziyyətə nail olunmayana qədər müharibəni dayandırmayacağıq”, - Baş nazir əlavə edib.

Geri qayıt