Birxeber.az / Samir Abasov: "Necə qalib gəldiklərini futbolçulardan soruşmaq lazımdır"

Samir Abasov: "Necə qalib gəldiklərini futbolçulardan soruşmaq lazımdır"

4-02-2024, 18:40

"Qələbə futbolçularındır. Necə qalib gəldiklərini onlardan soruşmaq lazımdır".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis tribunalarda yer alan azarkeşlərə təşəkkür edib: "Onların dəstəyi sayəsində bunlar oldu. Hər kəsi stadiona dəvət edirəm, bundan sonrakı matçlarda da tribunaları doldurmalarını istəyirik".

Abasov bu matçın ölkə kubokundakı qarşılaşmanın davamı olduğunu söyləyib: "Həmin oyunda da sınmadıq, bildirdik ki, buranın yiyəsi bizik. Matçdan əvvəl futbolçulara demişdim ki, oynayacağınız oyun növbəti görüşlərə təsir edəcək. Uşaqlar mənə də dedilər ki, narahat olmayın".

Baş məşqçi futbolçuların matçdan əvvəl ona köynək də hədiyyə etdiyini də deyib.

Geri qayıt