Birxeber.az / Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur

4-02-2024, 17:50

Fevralın 4-ü saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, qərb küləyinin maksimal sürəti İsmayıllıda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Tərtər, Yardımlıda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək, Naxçıvan MR-da 7 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 3 dərəcəyədək isti olub.

Geri qayıt