Birxeber.az / Bakıda küləyin sürəti saniyədə 15 metrədək güclənib - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti saniyədə 15 metrədək güclənib - FAKTİKİ HAVA

4-02-2024, 17:40

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

"Report" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 4-ü saat 17:00-a olan məlumatına əsasən, qərb küləyinin maksimal sürəti İsmayıllıda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Tərtər, Yardımlıda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək, Naxçıvan MR-da 7 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 3 dərəcəyədək isti olub.

Geri qayıt