Birxeber.az / Kabilin cənubunda əfqan müqavimətinin üzvləri Talibana hücum edib

Kabilin cənubunda əfqan müqavimətinin üzvləri Talibana hücum edib

4-02-2024, 16:40

Əfqanıstanın Milli Müqavimət Cəbhəsi üsyançı təşkilatının üzvləri paytaxt Kabilin cənubunda Taliban hərəkatının iki nümayəndəsini öldürüblər.

“Report” xəbər verir ki, bu barədə cəbhənin feysbuk səhifəsində dərc olunmuş bəyanatında deyilib.

“Fevralın 3-də saat 10:15-də Milli Müqavimət Cəbhəsinin qüvvələri düşmən düşərgəsinə hücum edib <...> nəticədə iki taliban üzvü öldürülüb, daha ikisi yaralanıb”, - paylaşımda qeyd olunub.

Taliban nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.

Geri qayıt