Birxeber.az / Ağ ev İsrailə Ukraynaya əlavə vəsaiti ehtiva etməyən yardıma qarşı çıxıb

Ağ ev İsrailə Ukraynaya əlavə vəsaiti ehtiva etməyən yardıma qarşı çıxıb

4-02-2024, 12:40

Ağ ev Konqresin Nümayəndələr Palatasında İsrailə 17,6 milyard dollar yardım nəzərdə tutan qanun layihəsinə baxılmasının əleyhinədir, çünki sözügedən sənədə Ukraynaya dəstək üçün əlavə yardım ayrılmayıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında qeyd olunub.

“Aylar ərzində administrasiya ikipartiyalı senatorlar qrupu ilə sərhədlərimizin qorunması, habelə Ukrayna və İsrail xalqlarına dəstəyi ehtiva edən milli təhlükəsizlik sahəsində razılaşmalar üzərində işləyib”, – o diqqətə çatdırıb.

Mətbuat katibinin sözlərinə görə, sənədin dərci fonunda Nümayəndələr Palatasındakı “respublikaçılar yeni sinik siyasi manevrə əl atıblar”:

“İsrailin təhlükəsizliyi müqəddəs olmalı, siyasi oyunların predmetinə çevrilməməlidir”.

Jan-Pyerin sözlərinə görə, Vaşinqton “sərhədin təhlükəsizliyini təmin etmək üçün heç bir iş görməyən, Ukrayna xalqına özünü müdafiə etməyə kömək etməyən” və “Fələstinin mülki əhalisini humanitar yardımdan məhrum edən bu hiyləyə qəti şəkildə qarşı çıxır”.

Geri qayıt