Birxeber.az / "Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu məhkəmə qarşısına çıxacaq

"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu məhkəmə qarşısına çıxacaq

4-02-2024, 11:40

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş fevralın 5-də məhkəmə qarşısına çıxacaq.

"Birxeber.Az" xəbər verir ki, proses Bakı vaxtı saat 13:00-da başlanacaq.

Prokurorlar keçmiş cinah müdafiəçisi üçün 9 il həbs cəzası istəyirlər.

Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

Geri qayıt