Birxeber.az / Bakıda külək əsəcək, bəzi rayonlarda qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda külək əsəcək, bəzi rayonlarda qar yağacaq - XƏBƏRDARLIQ

4-02-2024, 11:40

Bakıda və Abşeron yarımadasında fevralın 5-i gündüzdən 6-sı səhərədək cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var.

Geri qayıt