Birxeber.az / Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb

Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb

4-02-2024, 10:40

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb.

"Birxeber.Az" xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib.

Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatdırılmalıdır.

Geri qayıt