Birxeber.az / "Neftçi" bu gün Mehdi Hüseynzadə adına stadionda "Sumqayıt"ın qonağı olacaq

"Neftçi" bu gün Mehdi Hüseynzadə adına stadionda "Sumqayıt"ın qonağı olacaq

4-02-2024, 09:40

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq "Sumqayıt" "Neftçi"ni qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlanacaq. Bu, arenada yenidənqurmadan sonra ilk matç olacaq. "Ağ-qaralar" 32 xalla ikinci, "gənclik şəhəri təmsilçisi" 31 xalla üçüncü sıradadır.

Günün ikinci oyununda "Zirə" "Qəbələ"nin qonağı olacaq. Görüş saat 17:30-da start götürəcək. "Qırmızı-qaralar" 14 xalla sonuncu-10-cu, paytaxt klubu 30 xalla 4-cüdür.

Azərbaycan Premyer Liqası
XXI tur
15:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:30. “Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura fevralın 5-də "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulacaq. Ötən gün "Qarabağ" "Səbail"i məğlub edib - 2:1. "Sabah" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 1:1.

Geri qayıt