Birxeber.az / Bayden Cənubi Karolina ştatında praymerizdə inamlı qələbə qazanıb

Bayden Cənubi Karolina ştatında praymerizdə inamlı qələbə qazanıb

4-02-2024, 08:40

2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində Demokratik partiyadan namizəd olmaq istəyən ABŞ-nin hazırki lideri Cozef Bayden Cənubi Karolina ştatında keçirilən praymerizdə inamlı qələbə qazanıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Səslərin ilkin hesablanmasının nəticələrinə görə, seçicilərin 97%-i Baydenə səs verib.

Onun rəqibləri - konqresmen Din Fillips və yazıçı Mariann Villiamson 2%-lik həddi aşa bilməyiblər.

Xatırladaq ki, Bayden yanvarda Nyu-Hempşirdə keçirilən praymerizdə də qalib gəlmişdi.

Geri qayıt