Birxeber.az / Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 46-ya çatıb - YENİLƏNİB

Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 46-ya çatıb - YENİLƏNİB

4-02-2024, 05:40

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 46-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə Çili prezidenti Qabriel Boriç məlumat verib.

“Bu günə qədər Valparaiso bölgəsində tibb xidməti yanğınlar nəticəsində 40 nəfərin öldüyünü və daha 6 nəfərin aldığı yanıq xəsarətlərindən xəstəxanalarda vəfat etdiyini təsdiqləyib”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, yanğınların xüsusiyyətlərini nəzərə alaraq, yaxın saatlarda faciə qurbanlarının sayının artacağı ehtimalı var.

2024-02-03 22:39

Çilidə davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “El Mostrador” qəzeti daxili işlər naziri Karolina Toaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölkədə 92 yanğın hadisəsi baş verib, onlardan 40-ı lokallaşdırılıb.

Nazir əlavə edib ki, Valparaiso bölgəsindəki yanğınların söndürülməsinə üstünlük verilir.

Qeyd edək ki, Çili prezidenti Qabriel Boric fevralın 3-də meşə yanğınları ilə əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Çili milli meşə idarəsi bildirib ki, təkcə Valparaisoda təxminən 7 000 hektardan artıq ərazi tamamilə yanıb.

Geri qayıt