Birxeber.az / ABŞ konqresmenləri İsrailə 17,6 milyard dollar ayrılmasını istəyir

ABŞ konqresmenləri İsrailə 17,6 milyard dollar ayrılmasını istəyir

4-02-2024, 01:40

Bir qrup ABŞ konqresmeni Ukraynaya əlavə dəstək vermədən İsrailə 17,6 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsi təqdim edib.

“Report” xəbər verir ki, sənəd ABŞ Nümayəndələr Palatasının üzvü Ken Kalvertin saytında dərc olunub.

Qanun layihəsinə əsasən, ABŞ, xüsusilə də, İsraildəki raketdən müdafiə sistemləri üçün sursat ehtiyatının artırılması üçün 4 milyard dollar, ABŞ-ın İsrailə təhvil verdiyi silah ehtiyatının artırılması üçün isə 4,4 milyard dollar ayırmalıdır.

Sənəddə Kiyevə yardımın göstərilməsi imkanından bəhs edilmir.

Amerikanın “Axios” internet portalı Nümayəndələr Palatasının spikeri Mayk Consonun digər respublikaçılara məktubunu dərc edib.

Bildirilib ki, gələn həftə qanun layihəsi ilə bağlı səsvermənin keçirilməsi planlaşdırılır.

Geri qayıt